Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar noyabrın 17-də açıqlanacaq

Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar noyabrın 17-də açıqlanacaq
# 15 avqust 2022 15:14 (UTC +04:00)

Hollandiya məhkəməsi 2014-cü ilin iyulunda Ukraynada hərbi münaqişə zamanı Donetsk vilayətində vurulan sərnişin təyyarəsi ilə bağlı qərarı noybarın 17-də açıqlayacaq.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu.

Hadisəyə görə Ukrayna tərəfi Rusiyanın dəstək verdiyi separatçıları ittiham etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR