Draqi Zelenskinin yeni silahlar istəmədiyini açıqlayıb

Draqi Zelenskinin yeni silahlar istəmədiyini açıqlayıb
# 17 iyun 2022 04:40 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə Kiyevdəki görüşündə yeni silah tədarükü ilə bağlı məsələ qaldırmayıb.

APA xəbər verir ki, bu barədə “gazeta.ru” məlumat yayıb.

“Zelenskidən yeni silahlarla bağlı heç bir müraciət olmayıb. O, sadəcə olaraq kritikləşən vəziyyəti təsvir edib", - deyə Draqi bildirib.

O, həmçinin qeyd edib ki, yeni silahlardan istifadə etməyi öyrənmək üçün vaxt lazımdır.

O əlavə edib ki, atəşkəsə nail olmaq barədə məsələ müzakirə olunmayıb.

Onun sözlərinə görə, Kiyev artıq Vaşinqtondan ABŞ-ın göndərə biləcəyi qədər dəstək alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR