Duda: Ukraynanın NATO-ya üzvlüyü üçün aydın perspektiv müəyyən edilməlidir

Polşa Prezidenti Andjey Duda

© APA | Polşa Prezidenti Andjey Duda

# 06 iyun 2023 13:57 (UTC +04:00)

"Rusiyanın bizim təhlükəsizliyimizə daimi ciddi təhdid olduğu zamanda biz Ukraynaya dəstəyimizdə davamlı və qətiyyətli olmalıyıq".

APA xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda "Buxarest doqquzluğu" ölkələrinin liderlərinin iclasında çıxışı zamanı deyib.

"NATO-nun Vilnüs sammiti yaxınlaşır. Biz bu imkandan ambisiyalı hədəflər müəyyənləşdirmək, ciddi qərarlar və öhdəliklər almaq üçün istifadə etməliyik. Bizim Alyansımızın və vətəndaşlarımızın təhlükəsizliyi ortaq marağımızda olmalıdır. Və ən əsası biz Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı aydın perspektiv müəyyənləşdirməliyik", - Duda çıxışında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR