Dünyanın ən yaşlı sakini ölüb

Dünyanın ən yaşlı sakini ölüb
# 18 yanvar 2023 01:58 (UTC +04:00)

Dünyanın ən yaşlı qadını ölüb.

APA xəbər verir ki, bu barədə "europe1.fr" məlumat yayıb.

119 yaşlı fransız rahibə Andre (Lucile Randon - əsl adı) Tulondakı qocalar evində ölüb.

Planetin ən yaşlı sakini yuxuda ölüb.

Andre 1904-cü il fevralın 11-də Fransada anadan olub.

O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb.

Bundan əvvəl ABŞ-ın ən yaşlı sakininin ölümü ilə bağlı xəbər yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR