Dünyanın ikinci ən yaşlı adamı vəfat edib

Dünyanın ikinci ən yaşlı adamı vəfat edib
# 19 avqust 2022 20:54 (UTC +04:00)

Dünyanın ikinci ən yaşlı adamı hesab edilən Polşa vətəndaşı Tekla Yunyeviç 116 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Polşanın TVN24 kanalı məlumat yayıb.

1906-cı ildə Lvovda anadan olmuş qadın Polşa tarixinin ən yaşlı vətəndaşı hesab edilir. 1945-ci ildə şəhər Ukrayna SSR-in tərkibinə daxil olduqdan sonra o, ailəsi ilə birgə Polşaya köçüb.

Hazırda planetin ən yaşlı adamı 118 yaşlı Fransa vətəndaşı Lüsil Randon hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR