Ədliyyə naziri: Ərdoğanın prezidentliyə namizəd olmasında heç bir hüquqi maneə yoxdur

Bəkir Bozdağ

© APA | Bəkir Bozdağ

# 19 yanvar 2023 14:05 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı seçkilərdə namizədliyini irəli sürməsi onun konstitusion hüququdur.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

O, Ərdoğanın yenidən prezident seçilməsinin qarşısında heç bir hüquqi maneənin olmadığını qeyd edib.

Bəkir Bozdağın sözlərinə görə, Ərdoğan 2018-ci ildə prezident idarəetmə sistemində ilk dövlət başçısı seçilib və bunun üçün də bir hüquqi maneə yoxdur.

“Bu, seçki onun ikinci seçkisidir”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR