Əminə Ərdoğan Ukraynanın birinci xanımı ilə görüşüb

Əminə Ərdoğan Ukraynanın birinci xanımı ilə görüşüb
# 02 oktyabr 2022 21:49 (UTC +04:00)

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna prezidenti Volodimir Zelenskinin arvadı Olena Zelenskaya ilə görüşüb.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Əminə Ərdoğan Tvitter hesabında məlumat verib.

“Müharibədən əziyyət çəkən qadın və uşaqlar başda olmaqla Ukrayna xalqının yaralarını birlikdə saracağımıza inanıram” – deyə Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR