Ərdoğan BƏƏ-də səfərdədir

Ərdoğan BƏƏ-də səfərdədir 

© APA | Ərdoğan BƏƏ-də səfərdədir 

# 17 may 2022 18:39 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, Ərdoğan Əbu-Dabiyə keçmiş prezident Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar səfər edib.

Başsağlığı ziyarəti çərçivəsində türkiyəli lider Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Səfərdə Ərdoğanı milli müdafiə naziri Hulusi Akar müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR