Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını qəbul edib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, görüş Prezident Külliyəsində baş tutub.