Ərdoğan F-16-lara dair danışıqların müsbət davam etdiyini bildirib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 22 sentyabr 2022 17:49 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan F-16-ların alınmasına dair danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, bu barədə ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə hələ də F-16-ları almaqda maraqlıdır:

“Bu məsələ ilə bağlı cənab Baydenlə müsbət müzakirələrimiz oldu. Burada respublikaçı senatorlarla da bəzi görüşlərim oldu. Nazirimiz Hulusi Akar da həmsöhbəti ilə danışıqlar aparır. Ümid edirik ki, bu müsbət atmosfer davam edəcək. Düşünürəm ki, ən qısa zamanda bu işin nəticəsini alacağıq”.

Türkiyə Prezidenti əlavə edib ki, onun ABŞ səfəri çərçivəsində amerikalı həmkarı ilə görüşmək imkanı olmayıb: “Sonradan telefon diplomatiyası ilə bu məsələləri müzakirə etmək imkanımız ola bilər. Amma biz milli müdafiə və xarici işlər nazirlərimizin görüşləri ilə prosesi izləyəcəyik. Hazırda proseslər müsbət istiqamətdə gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR