Ərdoğan: "İndiyədək "Taxıl sazişi” üzrə heç bir ciddi problem olmayıb”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 08 avqust 2022 16:13 (UTC +04:00)

“Taxıl daşınması sazişi” ilə bağlı indiyədək heç bir ciddi problem olmayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

“Biz taxıl daşınması sazişinin icrasını təmin etdik. Beləliklə, ərzaq böhranının yaxınlaşdığı zaman dünya qida təhlükəsizliyinə töhfə verdik”, - Türkiyə lideri bildirib.

Ərdoğan, həmçinin, Rusiya və Ukrayna arasında müharibənin yalnız dialoq yolu ilə həll oluna biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR