Ərdoğan: “İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyənin diplomatik qələbəsidir”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 30 iyun 2022 17:55 (UTC +04:00)

Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumu Türkiyənin həssaslığına anlayış kimi görürük.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra mətbuat konfransı zaman deyib.

O qeyd edib ki, bu, Türkiyənin diplomatik qələbəsidir.

Ərdoğanın sözlərinə görə, verilən vədlərin yerinə yetirilməsi vacib məsələdir və Türkiyə də addımlarını buna uyğun atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR