Ərdoğan: “İsveç və Finlandiyanın NATO-ya qoşulması üçün hələ qət ediləcək yol var”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 01 iyul 2022 15:13 (UTC +04:00)

Biz Madriddə İsveç və Finlandiyanın sadəcə NATO-ya qoşulmaq dəvətinə “hə” demişik.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı öncəsi açıqlamasında deyib.

O qeyd edib ki, bəziləri bunu artıq üzvlüyə razılıq kimi qələmə versə də, bu prosesdə hələ qət ediləcək yol var.

Onun sözlərinə görə, bu iki ölkənin NATO-ya üzv ola bilmək üçün Türkiyənin bütün şərtləri Madriddə imzalanan üçtərəfli memorandumda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR