Ərdoğan İsveçin bir neçə terrorçunu ekstradisiya etdiyini bildirib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 01 iyul 2022 13:18 (UTC +04:00)

İsveç 3-4 terrorçunu Türkiyəyə ekstradisiya edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bunlar ölkəsi üçün kifayət deyil:

“Təbii ki, bizim Ədliyyə Nazirliyimiz, Xarici İşlər Nazirliyimiz, Milli Kəşfiyyat Təşkilatımız onları qeyd edib yaxından izləyəcək, “bu terrorçuları göndərin” deyəcəklər. Bizim bununla bağlı tələblərimiz göz qabağındadır”.

Ərdoğanın sözlərinə görə, terrorçular göndərilməsə, Türkiyə istənilən vaxt qurumları vasitəsilə lazımı addımları atmağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR