Ərdoğan Kaxovka SES-lə bağlı BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə komissiya yaratmağı təklif edib

Ərdoğan Kaxovka SES-lə bağlı BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə komissiya yaratmağı təklif edib
# 07 iyun 2023 16:14 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan danışıq zamanı Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün Rusiya, Ukrayna, habelə BMT və Türkiyə ekspertlərinin iştirakı ilə komissiyanın yaradıla biləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR