Ərdoğan: “Makronun qələbəsi Türkiyə-Fransa əlaqələri üçün daha uğurlu olacaq”

Ərdoğan: “Makronun qələbəsi Türkiyə-Fransa əlaqələri üçün daha uğurlu olacaq”
# 30 aprel 2022 15:26 (UTC +04:00)

Fransada prezident seçkilərində radikal millətçilərin məğlub olması dünya üçün qazancdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Hətta mən dostlarıma deyirdim ki, biz artıq Makronu tanıyırıq, bilirik, münasibətlərimiz müəyyən bir nöqtədədir və dolayısı ilə Makronun seçkilərdə qalib gəlməsi Türkiyə-Fransa əlaqələri baxımından çox daha uğurlu olacaq”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR