Ərdoğan: "Nə qədər xurd-xəşil silah var, Ukraynaya göndərirlər"

Ərdoğan: "Nə qədər xurd-xəşil silah var, Ukraynaya göndərirlər"
# 07 sentyabr 2022 16:36 (UTC +04:00)

“Hazırda Qərbin sərgilədiyi davranışı düzgün hesab etmirəm. Təhrik üzərinə qurulmuş bir siyasət var. Bu savaşın qazananı var deyə bilərikmi?”

APA NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belqradda Serbiya dövlət başçısı Aleksandar Vuçiçlə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, müharibədə qalib yoxdur, məğlub isə çoxdur: “Biri Ukraynaya bu qədər verdim, o biri isə bu qədər verdim deyir. Yaxşı bəs bu pul haradadır? Silahlar göndərildiyi deyilir. Nə qədər xurd-xəşil varsa, Ukraynaya göndərirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR