Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərifi rəsmi mərasimlə qarşılayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, liderlər arasında ikitərəfli görüş baş tutub.