Ərdoğan Putin və Zelenskini danışıqlar üçün Türkiyəyə dəvət edib - VİDEO

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 19 yanvar 2022 11:27 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib.

APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta, hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR