Ərdoğan: “Qazaxıstanla münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 10 may 2022 20:12 (UTC +04:00)

Qazaxıstanın sabitliyi və hüzuru bizim üçün önəmlidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, qazax liderin Türkiyəyə səfəri zaman imzalanan sənədlər iki ölkə arasında münasibətlər inkişaf etmiş strateji əməkdaşlıq səviyyəsinə yüksəldib: “Əməkdaşlığımızı həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daha da dərinləşdirməliyik. Qazax qardaşlarımızın sabitliyi, rifahı və təhlükəsizliyi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Siyasi, hərbi, iqtisadi, ticari və ya mədəniyyət olmaqla bütün sahələrdə həmrəyliyimizi artıraraq gələcəyə çiyin-çiyinə addımlayacayıq”,- deyə o bildirib.

Bundan əlavə, Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin keçən il 58% artaraq 5 milyard 300 milyon dolları keçdiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR