Ərdoğan Rusiya prezidenti ilə danışacaq - YENİLƏNİB

Ərdoğan Rusiya prezidenti ilə danışacaq  - YENİLƏNİB
# 06 oktyabr 2022 23:38 (UTC +04:00)

Kreml sabah Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı planlaşdırıldığını təsdiqləyib.

APA-nın Moskva bürosunun xəbərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı oktyabrın 7-nə planlaşdırılıb.

***

23.25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Praqada mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə, Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə nail olan yeqanə ölkədir. Ərdoğan Türkiyədə müvəqqəti olaraq saxlanılan 200 ukraynalı əsirin ailə üzvlərinin də ölkəyə gətirilidiyini vurğulayıb.

Fərid Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR