Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylərini davam etdirir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 31 yanvar 2023 14:29 (UTC +04:00)

“Bu gün burada Rusiya-Ukrayna arasında müharibənin necə sona çatdırılması ilə bağlı müzakirələr apardıq”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, savaşın bir gün mütləq masada bitəcəyinə inanır: “Bəzi ölkələr bizdən səylərimizi daha da artırmağımızı istəyirlər. Ancaq bu müharibə davam edərkən belə əslində diplomatiyanın işlədiyini Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə gördük. Bunun nümunələri “Taxıl sazişi”, əsir mübadiləsi və sairdir. Bir çox bilinən-bilinməyən görüşləri rus və ukraynalılar arasında Türkiyə təşkil edib. Bu da diplomatiyanın işlədiyinin göstərilməsi baxımından çox önəmlidir. Ona görə də dostumuz Atilla Tilkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərməsinə görə təşəkkür edirəm. Həqiqətən Ərdoğan savaşın bitməsi üçün gecə-gündüz səylərini davam etdirir. Biz bu səyləri davam etdirməsək, müharibə daha uzun çəkə bilər”.

Türkiyə XİN başçısı əlavə edib ki, Antalya Diplomatiya Forumunda Macarıstan Baş naziri Viktor Orbanı qarşılamaqdan məmnun olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR