Ərdoğan: “Rusiyanın Ukraynaya müdaxiləsi qeyri-real yanaşma olardı”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 18 yanvar 2022 15:28 (UTC +04:00)

Rusiyanın Ukraynaya təcavüzünün real ola biləcəyini düşünmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Həmçinin Rusiya bu addımı atmazdan əvvəl bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərindən sonra Ankarada türkiyəli jurnalistlərə bildirib.

O, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfər etdiyini xatırladıb: “Mən də cənab Əliyevlə söhbət edəcəyəm. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. Biz müharibəni siyasət tarixindən silməliyik”.

Türkiyə Prezidenti qeyd edib ki, “mən kiminsə torpağını işğal edim” məntiqi işlək deyil: “Məsələn, Rusiya Ukraynada nə etdi? Krımı anneksiya etdi. Krıma gəlincə, mən həmişə cənab Putinlə keçirdiyimiz hər görüşdə ona deyirəm ki, biz Krımın işğalına qarşıyıq. Bunları bizim Xarici İşlər Nazirliyi də həmkarlarına deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR