Ərdoğan: Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərin əlində qalmışıq

Ərdoğan: Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərin əlində qalmışıq
# 20 yanvar 2023 15:32 (UTC +04:00)

“Seçki ilə bağlı səlahiyyətin kimdə olduğunu bilməyən cahillərin əlində qalmışıq”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər mayın 14-də keçirilərsə, namizədliyini irəli sürə bilməyəcəyi ilə bağlı iddialara cavabında deyib.

Türkiyə Prezidenti qeyd edib ki, seçki ilə bağlı səlahiyyət Türkiyə Prezidentindədir: “Hazırda Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğandır. O öz qərarı ilə seçkini 60 gün əvvəldən elan edə bilər. Məsələn, martın 10-da seçkini Prezident elan edərsə, 60 gün tamamında seçki keçirilə bilər. Bunu da Seçki qurumu izləyə bilər. Müxalifət bunu bilmir. Amma hazırda onlar 14 mayı danışmağa başlayıblarsa, bu, yaxşı addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR