Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasını mümkün hesab edib

Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasını mümkün hesab edib
# 27 noyabr 2022 23:38 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.

O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.

“Biz (Misir Prezidenti ilə - red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulaylb.

Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR