Ərdoğan: “Taxıl daşınması sazişi”ni imzalayaraq aclıq təhlükəsinin qarşısını alacağıq

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 22 iyul 2022 18:22 (UTC +04:00)

Bu gün “Taxıl daşınması sazişi”ni imzalayaraq Afrikadan Yaxın Şərqə, Amerikadan Asiyaya qədər bütün dünyada aclıq təhlükəsinin və əlavə qiymət artımının qarşısını almağa nail olacağıq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Taxıl daşınması sazişi”nin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu imzaların atılması üçün Türkiyə Rusiya və Ukrayna tərəfləri ilə əməkdaşlıq edərək böyük işlər görüb.

Prezidentin sözlərinə görə, sazişdə gəmilərin limanlardan çıxmasından tutmuş mənzil başına çatmasına qədər hər bir şey artıq razılaşdırılıb.

Ərdoğan əlavə edib ki, müharibə bütün dünyaya təsirini göstərir və günahsız insanların əziyyət çəkməsinə son qoymaq lazımdır: “Bu müştərək addımın sülhə təşviq edə biləcəyini arzu edirəm. Müharibə yalnız masa arxasında dayandırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR