Ərdoğan: Təhlükəsizlik zolağını lazım olan yerə çəkməyimizə heç kim mane ola bilməz

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 22 noyabr 2022 16:15 (UTC +04:00)

Türkiyə (İstanbulun İstiqlal küçəsində törədilən terror aktı nəticəsində - red.) 6 günahsızın həyatına son qoyan hücuma İraq və Suriyanın şimalındakı terror hədəflərini yerlə-yeksan etməklə cavab verdi.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə bütün terrorçuların kimliyini və harada olduqlarını bilir.

“Terrorçuları kimin himayə etdiyini, silahlandırdığını və təşviq etdiyini də çox yaxşı bilirik. Sərhədlərimizə və vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə təhlükəsizlik zolağını lazım olan yerə çəkməyimizə heç kim mane ola və ya ona qarşı çıxa bilməz”, - deyə o bildirib.

Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə ən qısa zamanda antiterror əməliyyatlarına öz istehsalı olan tankları da cəlb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR