Ərdoğan Tokayevlə Qazaxıstanda baş verənləri müzakirə edib - VİDEO

Ərdoğan Tokayevlə Qazaxıstanda baş verənləri müzakirə edib - VİDEO
# 06 yanvar 2022 19:19 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibliyi məlumat yayıb. Liderlər Qazaxıstanda baş verənləri müzakirə ediblər. Telefon danışığı zamanı Ərdoğan Qazaxıstanda yeni hökümətin formalaşmasının vəziyyətə müsbət şəkildə təsir edəcəyinə ümidini ifadə edib.

Bundan əlavə R. T. Ərdoğan sözügedən ölkədəki prosesləri Türk Dövlətləri Təşkilatının dönəm sədri olaraq təşkilata üzv ölkələrin liderləri ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR