Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib
# 11 yanvar 2022 08:51 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

APA-nın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR