Ərdoğan: Türkiyə metro tikintisi imkanlarını dünyaya nümayiş etdirdi

Ərdoğan: Türkiyə metro tikintisi imkanlarını dünyaya nümayiş etdirdi
# 22 yanvar 2023 20:32 (UTC +04:00)

Kağıthane-İstanbul Hava Limanı metro xətti layihəsi ilə Türkiyə metro tikintisi sahəsində gücünü və imkanlarını bütün dünyaya göstərdi.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 34 kilometrlik Kağıthane -İstanbul Hava Limanı metro xəttinin açılış mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, səkkiz stansiyadan ibarət yeni metro xətti Kağıthane məhəlləsindən İstanbul hava limanına qədər olan məsafəni 24 dəqiqəyə qət etməyə imkan verəcək.

Ərdoğan bildirib ki, gündə 800 min sərnişin daşıya biləcək yeni metro xəttinin açılışı İstanbul üçün tarixi hadisədir.

Türkiyə lideri qeyd edib ki, layihənin həyata keçirilməsi tikintidə yerli materiallardan istifadə edən türk mühəndislərinin parlaq uğurunun nəticəsidir.

“Bütün layihələrin icrası başa çatdıqdan sonra İstanbulun dəmir yolu sistemlərinin ümumi uzunluğu 380 km-i keçəcək”, – Ərdoğan bildirib.

Dövlət başçısı əlavə edib ki, Kağıthane-İstanbul Hava Limanı metro xəttində gediş bir ay pulsuz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR