Ərdoğan: Türkiyə Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 26 sentyabr 2022 18:52 (UTC +04:00)

Yunanıstan siyasətçilərini təxribata həvəsləndirənlərin əsl niyyəti böyük və qüdrətli Türkiyə qurmaq layihəmizə mane olmaqdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə olaraq deyib ki, (ABŞ tərəfindən - red.) Yunanıstanı Türkiyənin səviyyəsinə yüksəltmək üçün nə hərbi baxımından gücləndirməsi, nə də siyasi və iqtisadi dəstək verməsi kifayət deyil, amma Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir:

“Biz əlimizdə olan bütün vasitələrdən istifadə edərək, Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etməkdən yan keçməyəcəyik”.

O qeyd edib ki, Türkiyə qonşu Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR