Türkiyə lideri: Ukraynadan 5 milyon tondan çox taxıl daşınıb

Türkiyə lideri: Ukraynadan 5 milyon tondan çox taxıl daşınıb
# 26 sentyabr 2022 18:46 (UTC +04:00)

“Taxıl daşınması sazişi” çərçivəsində Ukrayna limanlarından 5 milyon tondan çox taxıl fərqli ölkələrə göndərilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Taxıl dəhlizinin açılması ilə əldə edilən diplomatik uğurun, xüsusən də (Rusiya və Ukrayna arasında - red.) əsir mübadiləsi ilə davam etdirilməsi ölkəmiz üçün qürurverici hadisə oldu”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR