Ərdoğan Ukrayna səfərində dəstəyinə görə, Polşa prezidentinə təşəkkür edib

Ərdoğan Ukrayna səfərində dəstəyinə görə, Polşa prezidentinə təşəkkür edib
# 18 avqust 2022 22:00 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan, Polşa ərazisindən Ukraynaya edilən səfərə verdiyi dəstəyə görə, polşalı həmkarına təşəkkür edib.

Prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR