Ərdoğan Ukrayna taxılı ilə bağlı Sammitin tarixinin bəlli olmadığını deyib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 28 iyun 2022 13:05 (UTC +04:00)

Ukrayna limanlarından taxılın çıxarılması üçün planlaşdırılan "dördlü sammit"in tarixinin bəlli olması hadisələrin gedişatından asılıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bəzi hadisələr üstü örtülü davam etsə də, digərləri açıq-aydındır. Türkiyə isə addımlarını bu proseslərə uyğun olaraq atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR