Ərdoğan: "Zaporojye AES ətrafında davam edən döyüşlərdən narahatlığımızı bildirdik"

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 18 avqust 2022 20:00 (UTC +04:00)

"Biz Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən döyüşlərdən narahat olduğumuzu bildirdik. Yeni Çernobıl yaşamaq istəmirik".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, ukraynalı həmkarı Zelenski ilə görüşü zamanı müharibənin Ukraynaya vurduğu ziyanı da müzakirə edib.

Ərdoğan əlavə edib ki, “Taxıl sazişi”nə əsasən, Ukrayna limanlarından təxminən 625 min ton taxıl yüklü 25 gəmi dünya bazarına çıxıb.

Türkiyə lideri İstanbulda imzalanan sazişin sülh müqaviləsinə yol aça biləcəyinin üçtərəfli görüş zamanı müzakirə olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ müzakirə masasına qısa yolun bəlli edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR