Ərdoğan Zelenskiyə Kiyevlə Moskva arasında vasitəçilik etməyə hazır olduğunu bildirib - YENİLƏNİB

Ərdoğan, Zelenski

© APA | Ərdoğan, Zelenski

# 05 yanvar 2023 18:29 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə və Ukrayna liderləri humanitar yardım və taxıl dəhlizini müzakirə ediblər.

Ərdoğan Zelenskiyə Türkiyənin Moskva ilə Kiyev arasında davamlı sülh üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Türkiyə dövlət başçısı əsir mübadiləsi məsələsində çalışmaların davam etdiyini diqqətə çatdırıb.

Ərdoğan eyni zamanda, Zaporojye AES-lə bağlı prosesi sürətləndirmək üçün diplomatik töhfə verə biləcəklərini ifadə edib.

Qeyd edək ki, Türkiyə lideri bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb.

***

15:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə lideri özü bildirib.

O, telefon danışığının bu gün baş tutacağını diqqətə çatdırıb.

Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı apardığını xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR