Ərdoğan Zelenskiyə “referendumlar”ın diplomatik prosesə zərər vuracağını deyib

Ərdoğan, Zelenski

© APA | Ərdoğan, Zelenski

# 28 sentyabr 2022 15:13 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə lideri Ukraynanın Rusiya nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı “taxıl dəhlizi”nə bənzər razılığın əldə olunacağına inandığını bildirib.

Bundan əlavə, o, Rusiyanın Ukrayna ərazilərində keçirdiyi referendumların da danışıqlar prosesinə mənfi təsir edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR