Ərdoğan zəlzələ və sel fəlakətlərindən sonra “Çanaqqala ruhuna” ehtiyac olduğunu vurğulayıb - FOTO

Ərdoğan zəlzələ və sel fəlakətlərindən sonra “Çanaqqala ruhuna” ehtiyac olduğunu vurğulayıb - FOTO
# 18 mart 2023 15:39 (UTC +04:00)

Çanaqqala savaşı Türkiyənin qurtuluşunun müjdəsi oldu, bu gün isə bizim üçün ilham və güc qaynağıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “18 Mart – Çanaqqala Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

O, ölkədə baş verən zəlzələ və sel fəlakətlərindən sonra “Çanaqqala ruhuna” ehtiyac olduğunu vurğulayıb: “Ən böyük gücümüz olan səfərbərlik ruhuna zərər vermədən şəhərlərimizi yenidən ayağa qaldıracağıq. Heç bir vətəndaşımızı sahibsiz buraxmayacağıq. Türkiyə milləti və dövləti ilə böhranları fürsətə çevirəcək potensiala malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR