Ermənistan səfirinin London universitetində çıxışı ləğv edilib - FOTO

Ermənistan səfirinin London universitetində çıxışı ləğv edilib - FOTO
# 30 yanvar 2023 21:27 (UTC +04:00)

Erməni tələbələrin müraciəti əsasında Birləşmiş Krallığın məşhur universitetlərindən olan “Queen Mary”də “Human Rights in Conflict Zones: The Case of Nagorno-Karabakh” başlığı altında Ermənistanın səfiri Varujan Nersesyanın çıxışı planlaşdırılmışdı.

APA-nın London bürosu xər verir ki, sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr və diasporamızın çevik reaksiyası sayəsində universitet tələbələri rektorluq və müvafiq şöbələrdə etirazlarını bildiriblər. Belə ki, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (Artsax) bayrağının elanın fonunda əks olunması tələbələrin və diaspor üzvlərinin ciddi etirazına səbəb olmuş, bu da öz növbəsində tədbirin baş tutacağı halda, hansı mövzuların və yalanların səslənəcəyindən xəbər verirdi.

Tələbələrdən Turan Qafarlı, Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova, İlahə Həsənova, Kifayət Dəmirli və “Britaniya-Azərbaycan Cəmiyyəti”nin rəhbəri Fəridə Pənahovanın xüsusi dəstəyi sayəsində preventiv tədbirlər görülüb, universitet rəhbərliyinə izahedici bəyanat göndərilib. Nəticə etibari ilə, erməni səfirinin planlaşdırdığı tədbir ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR