Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün sərhədlərini açmağa hazırlaşır

Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün sərhədlərini açmağa hazırlaşır
# 07 iyul 2022 11:55 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşmanın icrasına başlanmasına tapşırıq verib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin (Ruben Rubinyan və Serdar Kılıç) hava yolu ilə yük daşımaları barədə razılıq da əldə etdiyini deyib.

“Razılaşmalar var, amma vacibdir ki, hər iki ölkənin qurumları addımlarını koordinasiyalı şəkildə atsınlar”, - Paşinyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR