Ermənistan və Gürcüstan Baş nazirləri görüşüb - YENİLƏNİB

Paşinyan, Qaribaşvili

© APA | Paşinyan, Qaribaşvili

# 18 iyun 2022 17:26 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana bir günlük işgüzar səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dilicanda baş tutan görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Qeyd olunub ki, söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.

***

16:51

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan hökumətinin üzvləri ilə birlikdə Ermənistana səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.

Bildirilib ki, İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə Ermənistana 1 günlük işgüzar səfərə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR