Ermənistan və Polşa XİN rəhbərləri görüşüb

Ermənistan və Polşa XİN rəhbərləri görüşüb
# 19 iyul 2022 13:18 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Polşaya səfəri çərçivəsində xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri "Twitter"də bildirib.

Onun sözlərinə görə, nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib.

Görüşlərdə Polşa-Ermənistan münasibətləri, regional təhlükəsizlik və stabillik müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR