Ermənistan XİN Praqada Paşinyanla Ərdoğan arasında görüşü istisna etmir - YENİLƏNİB

Ərdoğan, Paşinyan

© APA | Ərdoğan, Paşinyan

# 22 sentyabr 2022 23:26 (UTC +04:00)

Rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmir.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.

“Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - deyə Hunanyan bildirib.

***

Saat 17:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada görüşə bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O, hazırda bəzi hazırlıqların getdiyini açıqlayıb: “Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Paşinyanın (Ermənistanın Baş naziri) ora gəlmək niyyəti var. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək”.

Bundan əlavə, Ərdoğan ölkəsinin Cənubi Qafqazda bu məsələlərlə bağlı müəyyən addımlarının olacağını da qeyd edib: “Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız Prezident İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR