Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər edib

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər edib
# 07 dekabr 2022 21:06 (UTC +04:00)

Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan Gürcüstanda səfərdə olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflərin hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlarla tanış edib.

Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR