Ərzaqla yüklü iki gəmi bu gün Ukrayna limanından hərəkət edəcək

Ərzaqla yüklü iki gəmi bu gün Ukrayna limanından hərəkət edəcək
# 08 avqust 2022 05:25 (UTC +04:00)

Birgə Koordinasiya Mərkəzi avqustun 8-də iki ərzaqla yüklü gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

“Birgə Koordinasiya Mərkəzi ümumi çəkisi 59 469 ton ərzağı daşımaq üçün iki gəmiyə humanitar dəhlizə daxil olmağa icazə verib”, - deyə məlumatda qeyd olunub.

BMT-nin məlumatına görə, Yujnı limanından yola çıxacaq “MV Sacura” gəmisi İtaliyaya 11 min ton soya, Çornomorskdan isə “MV Arizona” gəmisi 48 min 459 ton qarğıdalı ilə Türkiyəyə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR