Estoniya DTX: Rusiya xüsusi xidmət orqanlarının şəbəkəsi tamamilə aradan qaldırılıb

Estoniya DTX: Rusiya xüsusi xidmət orqanlarının şəbəkəsi tamamilə aradan qaldırılıb
# 18 may 2023 15:47 (UTC +04:00)

Estoniya Daxili Təhlükəsizlik Xidməti (DTX) hesab edir ki, ölkədə Rusiya xüsusi xidmət orqanlarının şəbəkəsi tamamilə aradan qaldırılıb.

APA xəbər verir ki, bunu Estoniya Daxili Təhlükəsizlik Xidmətinin (Kaitsepolitseiamet – KAPO) yeni təyin edilmiş rəhbəri Marqo Palloson bildirib.

Pallosonun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinin yaratdığı ən böyük təhlükə Estoniya sakinlərinin bu ölkəyə səfərindən qaynaqlanır.

Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə Estoniyada 15 il ərzində 20 nəfər məhkum edilib. Rusiyanın Moldovada xarici kəşfiyyat rezidenturasının itirilməsi texniki kəşfiyyat hesabına ödənilir.

Qeyd edək ki, Palloson bir aydan sonra vəzifəsinin icrasına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR