Estoniya İsveç və Finlandiyanın NATO-ya hələ də üzv olmamasını boşluq adlandırıb

Estoniya XİN başçısı Urmas Reinsalu

© APA | Estoniya XİN başçısı Urmas Reinsalu

# 01 fevral 2023 13:13 (UTC +04:00)

İsveç və Finlandiya Avropada "boz zona" kimidir.

APA xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Urmas Reinsalu türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Tallində mətbuat konfransında deyib.

Reinsalu bildirib ki, Avropanın təhlükəsizlik arxitekturası təhdid altındadır, İsveç və Finlandiyanın hələ də hərbi alyansa üzv olmaması bir boşluqdur. "Biz bu ölkələri NATO-ya qəbul edərək bu boşluğu bağlamalıyıq", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR