Estoniya parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb

Estoniya parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb
# 21 aprel 2022 15:12 (UTC +04:00)

Estoniya parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb.

APA xəbər verir ki, bu barədə Estoniya parlamentinin mətbuat xidməti bəyanat yayıb.

“Təcavüzkar müharibədə Rusiya Silahlı Qüvvələrinin Ukrayna xalqına qarşı törətdiyi sistematik və kütləvi hərbi cinayətlər üzə çıxıb. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, xüsusən də şəhərlərində dinc əhaliyə qarşı kütləvi vəhşiliklər törədilib. Bu, xüsusilə Buça, Borodyanka, Hostomel, İrpin və Mariupol və Ukraynanın bir çox digər yaşayış məntəqələrində qeydə alınıb. Onlar qətl, adam oğurluğu, deportasiya, həbs, işgəncə, zorlama, eləcə də meyitlərin təhqir olunmasından ibarətdir”, - bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Estoniya parlamenti Rusiya Silahlı Qüvvələrinin və hərbi-siyasi rəhbərliyinin fəaliyyətini Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyır və digər ölkələrin parlamentlərini və beynəlxalq təşkilatları da eyni addımı atmağa çağırır.

Parlament Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, Rusiya ilə enerji daşıyıcıları ticarətinin istisnasız olaraq dayandırılmasına və Ukraynaya hərbi və mühüm humanitar yardımın dərhal artırılmasına çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR