Estoniya Rusiya bayrağı altında üzən gəmilərin öz limanlarına daxil olmasını qadağan edib

Estoniya Rusiya bayrağı altında üzən gəmilərin öz limanlarına daxil olmasını qadağan edib
# 17 aprel 2022 19:43 (UTC +04:00)

Estoniya bazar günündən etibarən Baltik dənizindəki limanına Rusiya bayrağı altında gəmilərin buraxılmasını dayandırıb.

APA bildirir ki, bu barədə ERR portalı İqtisadiyyat və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Departamentin rəhbəri Taavi Aasa deyib ki, işləri bu və ya digər şəkildə Rusiya ilə əlaqəli olan bütün müəssisələr iqtisadi məkandakı dəyişikliklərin öhdəsindən gəlmək üçün fəaliyyətlərini yenidən nəzərdən keçirməli olacaqlar.

Fevralın 24-də Ukraynada Rusiya hərbçiləri xüsusi əməliyyata başlayandan sonra Estoniya belə qərar qəbul edib. Rusiya Federasiyasının bayrağı altında üzən gəmi respublikanın sahillərində qəza vəziyyətində olarsa, o, istisna olaraq, polisin və sərhədçilərin icazəsi ilə limana buraxıla bilər.

Estoniya limanları Ukrayna hadisələri ilə əlaqədar Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR