Estoniya Rusiyadakı səfirini geri çağırıb

Estoniya - Rusiya

© APA | Estoniya - Rusiya

# 07 fevral 2023 12:03 (UTC +04:00)

Estoniya Prezidenti Rusiyadakı səfiri geri çağırıb.

APA xəbər verir ki, bu barədə ERR dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, ölkə lideri Alar Karis Estoniyanın Rusiyadakı səfirti Marqus Laydrenin geri çağırılması barədə qərar imzalayıb.

Xatırladaq ki, ötən ay Rusiya XİN Estoniyanın ölkədəki diplomatik missiyasının rütbəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirildiyini elan edib və səfirə 7 fevrala qədər ölkəni tərk etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR